Bu gün:

Saatda 100 meteorit yerə düşəcək: Perseid meteorit yağışı


İlin ən təsirli səma hadisələrindən biri sayılan Perseid meteorit yağışı üçün geri sayım başlayıb. Hər il olduğu kimi, bu il də avqust ayının ortasında müşahidə olunacaq nadir gözəllikdəki təbiət hadisəsi 12-dən 13-ə keçən gecə bütün ölkə ərazisindən görünəcək. “Hava Forum”un məlumatına görə, həmin gecə saatda təxminən 100 meteorit müşahidə ediləcək.

Perseid meteorit yağışı "Swift–Tuttle"quyruqlu kometasından qalan meteoroid qalıqlarının Yer atmosferinə daxil olması nəticəsində yaranır. Hadisə, xüsusilə Şimal yarımkürəsində daha aydın görünəcək və Azərbaycandan da izlənilə biləcək.

Mütəxəssislər bildirirlər ki, 12 avqust gecəsi yağışın ən intensiv mərhələsi olacaq. Meteoritlərin sürəti saniyədə 59 kilometrə çatacaq. Hadisəni izləmək üçün şəhər işıqlarından uzaq açıq və qaranlıq səma altında olmaq tövsiyə edilir.

Hər il ənənəvi olaraq Erciyəs Qış İdman Mərkəzinin Hacılar Qapısı ərazisində 2650 metr yüksəklikdə təşkil edilən müşahidə tədbiri bu il də 12 avqust, saat 21:00-da başlayacaq.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et