Azərbaycan ilə Ərəb Koordinasiya Qrupuna (ƏKQ) daxil olan maliyyə institutları arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində görüş keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən əldə edilən məlumata görə, 24Media.az bildirir ki, görüşdə İslam İnkişaf Bankı Qrupu, Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu, Səudiyyə İnkişaf Fondu və Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun nümayəndələri iştirak edib.

Tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin uğurla davam etdiyi vurğulanıb, Azərbaycanda biznes mühiti və potensial investisiya sahələri barədə məlumat təqdim olunub. ƏKQ nümayəndələri Azərbaycanla tərəfdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini bildiriblər.
2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının Azərbaycanda keçirilməsi planlaşdırılır. Görüş zamanı dövlət zəmanətli investisiya layihələrinin icrası və maliyyələşdirilməsi imkanları da müzakirə olunub.
Arzu Qafarova
