Bu gün:

BMT İsrail hücumunu pisləyib


BMT-nin insan haqları idarəsi Qəzzada 6 jurnalistin ölümünə səbəb olan İsrailin hədəfli hücumunu beynəlxalq hüququn ciddi pozuntusu adlandıraraq pisləyib.

Bazar günü İsrailin hava zərbəsi nəticəsində “Əl-Cəzirə”nin 5 əməkdaşı, o cümlədən müxbir Anas əl-Şərif öldürülüb. Telekanalın məlumatına görə, ölənlər arasında bir frilanser jurnalist də daxil olmaqla daha 2 nəfər də var.

İsrail ordusu əl-Şərifi hədəf aldığını, onun “Hamas”ın terrorçu hüceyrəsinə rəhbərlik etdiyini iddia edib. Əl-Şərif isə bu iddiaları rədd edib, İsrail isə bununla bağlı az sübut təqdim edib.

BBC-yə görə, əl-Şərif hazırkı münaqişədən əvvəl Qəzzada “Hamas”ın media komandası ilə müəyyən işlər görsə də, ölümündən əvvəl sosial şəbəkələrdə “Hamas”ı tənqid edib.

Hücum mediaya dəstək təşkilatları və Qətər də daxil olmaqla bir sıra ölkələr tərəfindən qınanıb.

Böyük Britaniyanın Baş naziri Ser Keir Starmer-in sözçüsü hökumətin “çox narahat” olduğunu bildirib və müstəqil araşdırma aparılmasını tələb edib. O, həmçinin İsrailin jurnalistlərin təhlükəsiz və qorxmadan işləyə bilməsini təmin etməli olduğunu deyib.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et