Rəqəmsal texnologiyaların inkişafı fonunda yerli müəssisələrin rəqabət qabiliyyətinin artırılması məqsədilə “Sənaye 4.0 Hazırlıq” Proqramı həyata keçirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 24Media.az xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən icra olunan proqram çərçivəsində müəssisələrin texnoloji hazırlığı qiymətləndirilir, fərdi yol xəritələri hazırlanır və icra zamanı maliyyə, həmçinin ekspert dəstəyi göstərilir.

Ötən il pilot mərhələdə “Metak”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinə dəstək verilib. Proqram istehsalat, mədənçilik, tikinti, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən müəssisələr üçün nəzərdə tutulub və iştirak ödənişsizdir.
Arzu Qafarova
