Bu gün:

Milli Məkan Məlumatları İnfrastrukturu yenilənir


Azərbaycanda rəqəmsal idarəetmənin inkişafı və dövlət xidmətlərinin səmərəliliyinin artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması prosesi sürətləndirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, layihə dövlət qurumlarının mövcud məkan məlumatlarının vahid sistemdə birləşdirilməsini nəzərdə tutur.


Bu istiqamətdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupun növbəti iclası keçirilib. İclasda “Milli Məkan Məlumatları” informasiya sisteminə inteqrasiya, texniki və təşkilati mərhələlər, həmçinin qarşıdakı işlər müzakirə olunub.

24media.az xəbər verir ki, dövlət başçısının müvafiq fərmanına əsasən, sistemin hazırlanması İqtisadiyyat Nazirliyinə həvalə edilib. Gələcəkdə bu sistem şəhərsalma, kənd təsərrüfatı, əmlak idarəçiliyi və digər sahələrdə qərarların daha sürətli və dəqiq qəbuluna imkan verəcək.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et