Bu gün:

“Barokko ustadları – 340” adlı I Respublika Müsabiqəsi keçiriləcək


Müsabiqə görkəmli bəstəkarlar İohan Sebastyan Bax, Georg Fridrix Hendel və Domeniko Skarlattinin 340 illik yubileylərinə həsr olunur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 24Media.az istinad edir. 

Müsabiqədə ali musiqi təhsili müəssisələrinin bakalavriat və magistratura tələbələri, eləcə də musiqi məktəbləri və kolleclərin pedaqoqları iştirak edə bilərlər. İfaçılar həm solo, həm də kamera ansamblı tərkibində çıxış edə biləcək. Proqramda barokko dövrü bəstəkarlarının əsərlərinin ifası nəzərdə tutulur. İştirakçılar əvvəlcədən video seçim turundan keçəcək, final isə Bakı şəhərində keçiriləcək.

Müsabiqə iki mərhələdən ibarətdir:

  • I mərhələ – video seçim turu. İştirakçılar barokko dövrü bəstəkarlarının azı iki fərqli xarakterli əsərini video formatında təqdim etməlidir.

  • II mərhələ – final turu Bakı şəhərində canlı ifa şəklində keçiriləcək. Final proqramında yalnız barokko əsərlərinə yer verilməlidir.

İştirakçılar ifanın üslub uyğunluğu, texniki dəqiqlik, bədii təqdimat və səhnə mədəniyyəti üzrə qiymətləndiriləcək. Qaliblər diplom, pul mükafatları və xüsusi mükafatlarla təltif olunacaqlar.

Sənəd qəbulu 15 noyabr 2025-ci il tarixinə qədər davam edəcək.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et