Avstraliya sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq. Bu addım Böyük Britaniya, Fransa və Kanadanın oxşar qərarlarını izləyir. Bu addımı Baş nazir Entoni Albanese bildirib.
Albanese deyib ki, Avstraliya Fələstin Administrasiyasından (FA) silahlanmadan imtina, ümumi seçkilərin keçirilməsi və İsrailin mövcudluq hüququnu tanımağa davam etmək kimi öhdəliklər alıb.
“İki dövlətli həll Yaxın Şərqdə zorakılıq dövrünü qırmaq Qəzzada münaqişəyə, əzab-əziyyətə və aclığa son qoymaq üçün bəşəriyyətin ən yaxşı ümididir” , - o, bazar ertəsi bildirib.
Qəzza müharibəsini dayandırmaq üçün artan təzyiqlə üzləşən İsrail isə bildirib ki, Fələstin dövlətini tanımaq “terrorizmi mükafatlandırmaqdır”.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
