Bu gün:

Britaniyaya məxsus F-35 təyyarəsi Yaponiyada təcili eniş edib


Böyük Britaniya ordusuna aid F-35 qırıcı təyyarəsi Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima Hava Limanına təcili eniş edib. 

Kyodo News agentliyinin məlumatına görə, 4 avqustdan bəri Yaponiya ilə birgə hərbi təlimlərdə iştirak edən Britaniyaya məxsus F-35 bu gün səhər saatlarında məcburi eniş həyata keçirib.

Hadisə zamanı xəsarət alan olmayıb. Lakin eniş zolağının 20 dəqiqəlik bağlanması səbəbindən digər təyyarələrin eniş və qalxışında gecikmələr yaşanıb. Təyyarənin texniki nasazlıq səbəbilə təcili eniş etdiyi bildirilib, lakin nasazlığın detalları açıqlanmayıb.

Böyük Britaniya və Yaponiya orduları 4 avqustdan etibarən ortaq hərbi təlimlər keçirir. ABŞ istehsalı Lockheed Martin F-35 qırıcıları isə etibarlılıq və texniki xidmət problemləri ilə bağlı zaman-zaman müzakirə mövzusu olur. 2018-ci ildən bəri bu tip təyyarələrlə 10-dan çox ciddi qəza baş verib.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et