Bu gün:

Ən yaxşı 15 serial


2025- ci ilin ən yaxşı 15 serialı

1. Dept. Q - Scott Frank və Chandni Lakhani-nin adaptasiyasında Matthew Goode, travmalı detektiv Carl Morck rolunda Edinburqda köhnə cinayət işlərini araşdırır. Yanında IT mütəxəssisi, sirli keçmişi olan Akram Salim (Alexej Manvelov) var. Serial həm gərgin, həm də ağıllı dialoqlarla zəngindir. (Netflix)

2. Dying for Sex - Eyni adlı podkasta əsaslanan dramda Molly (Michelle Williams), IV mərhələ döş xərçəngi diaqnozu aldıqdan sonra ərini tərk edir və həyatının son dövründə arzularını yaşamağa qərar verir. Dostu Nikki (Jenny Slate) ilə münasibəti hekayənin emosional mərkəzidir. (Hulu / Disney+)

3. Mr Loverman - Bernardine Evaristo-nun romanından uyarlama. Lennie James, 70 yaşında hələ də gənclik sevgilisi Morris ilə gizli münasibət yaşayan Barrington Loverman rolundadır. Arvadı Carmel (Sharon D Clarke) həqiqəti öyrənəndə illərlə davam edən yalanlarla üz-üzə qalır. (BritBox / BBC iPlayer)

4. Too Much - Lena Dunham imzalı romkom. Ayrılıqdan sonra İngiltərəyə köçən Jessica (Megan Stalter) musiqiçi Felix (Will Sharpe) ilə tanış olur. Münasibətin davamlılığı əsas mövzudur. Qonaq rollarda Richard E Grant, Naomi Watts və Andrew Scott var. (Netflix)

5. Code of Silence - Eşitmə qabiliyyəti olmayan Alison (Rose Ayling-Ellis) cinayətkarların dodaq hərəkətlərini oxuma bacarığı ilə polisə kömək edir. Serial həm fərqli detektiv süjet, həm də əlillik mövzusuna həssas yanaşması ilə seçilir. (BritBox / ITVX)

6. The Rehearsal - Nathan Fielder bu mövsümdə absurd təcrübələrini pilot kabinəsindəki anlaşılmazlıqlar üzərində qurur. Houston hava limanının surəti və qeyri-adi müsabiqələrlə dolu yaradıcı konsepsiya. (HBO Max / Now)

7. Etoile - Amy Sherman-Palladino-dan balet mövzulu dram. Nyu-York və Paris truppaları arasındakı rəqabət və əməkdaşlıq, şəhərlərin parlaq fonunda təqdim olunur. (Prime Video)

8. Such Brave Girls - İki bacı və analarının qara yumorlu, emosional ailə hekayəsi. Münasibətlərdəki psixoloji gərginlik ön plandadır. (Hulu / BBC iPlayer)

9. The Studio - Hollivudun kulis arxasını satirik tonda göstərən komediya. Seth Rogen baş rolda, yaradıcılıq prosesindəki gülməli və bəzən acı reallıqlar açılır. (Apple TV+)

10. The White Lotus (3-cü mövsüm) - Taylanddakı lüks spa mərkəzində zəngin turistlərin dramı davam edir. Güclü aktyor heyəti və tünd yumor yenə ön planda. (HBO Max / Now)

11. Adolescence - 13 yaşlı oğlan məktəbdəki qətldə ittiham olunur. Real vaxt üslubunda çəkilən dram ailə, cəmiyyət və ədalət mövzularına toxunur. (Netflix)

12. Severance (2-ci mövsüm) - İşçilərin ofis və şəxsi həyat şüurunun ayrıldığı sirli şirkət hekayəsi davam edir. Psixoloji gərginlik artır. (Apple TV+)

13. The Pitt - Travma mərkəzində çalışan həkimlərin real vaxtda yaşadığı gərgin hadisələr. İnsan həyatını xilas etmə ilə şəxsi mübarizələr iç-içədir. (HBO Max)

14. Paradise - ABŞ prezidentinin təhlükəsizlik rəhbəri (Sterling K Brown) cinayətdə ittiham olunur. Süjet gözlənilməz çevrilişlərlə doludur. (Hulu / Disney+)

15. Wolf Hall: The Mirror and the Light - Hilary Mantel-in romanına əsaslanan tarixi dram. Thomas Cromwell və VIII Henri arasındakı siyasi oyunlar.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova



Paylaş
Şərh əlavə et