Bu gün:

Ağsuda yanğın hadisəsi törədən şəxs məsuliyyətə cəlb olunub


Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Araşdırmalarla yanğının kənd sakini Z.Bağırovanın məişət tullantılarını yandırarkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.


Z.Bağırova məsuliyyətə cəlb olunub.

apa.az

Paylaş
Şərh əlavə et