OpenAI populyar süni intellekt çat-botu ChatGPT-nin ən son versiyası-ChatGPT 5 modelini təqdim edib. Şirkətin məlumatına görə, bu yeni model daha inkişaf etmiş mətn yazma imkanlarına malikdir və əvvəlkindən daha sürətlidir. Plus abunəçiləri daha geniş istifadə hüququ əldə edərkən Pro abunəçilər isə daha əhatəli və dəqiq cavablar üçün genişləndirilən məntiqi təhlil qabiliyyətinə malik GPT-5 Pro versiyasına çıxış imkanı qazanırlar.

Hazırda ChatGPT-nin təxminən 700 milyon istifadəçisi var ki, bu da onu dünyanın ən populyar süni intellekt çat-botu kimi önə çıxarır. İstənilən mövzuda suallara cavab verə bilən ChatGPT yeni versiyası "GPT-5"-i rəsmi olaraq təqdim edib. Açılışdan öncə çıxış edən OpenAI-nin baş icraçı direktoru Sam Altman bu yeniliyi belə xarakterizə edib:
“İnsanlıq tarixində indiyədək belə bir şeyin təsəvvür edilməsi belə çətin idi”.
GPT-5 əvvəlki bütün modellərlə müqayisədə intellektual imkanlarda böyük sıçrayış göstərir. Kodlaşdırma, riyaziyyat, məqalə yazma, tibb, vizual analiz və digər çoxsaylı sahələrdə ən son texnoloji performans təqdim edir. Sistem hansı halda sürətli cavab verməli, hansı halda isə daha dərin təhlillə ekspert səviyyəsində cavab hazırlamalı olduğunu özü müəyyən edə bilir.
"GPT-5"-i istifadə etmək üçün əlavə quraşdırma tələb olunmur, ChatGPT platformasına daxil olmaq kifayətdir.
İstifadə qaydası:
1. ChatGPT-yə daxil ol.
2. Söhbət pəncərəsinin yuxarı hissəsində “Model” bölməsindən GPT-5 və ya GPT-5 Pro (abunəliyinə uyğun olaraq) seçili olduğundan əmin ol.
3. Sualını, istəyini və ya əmri daxil et. İstəsən, “bunu ətraflı izah et” kimi yönləndirmələrlə dərin məntiq rejimini aktivləşdirə bilərsən.
4. Cavab gəldikdən sonra əlavə suallar verməklə və ya “daha çox detal ver” komandasından istifadə etməklə cavabı genişləndirə bilərsən.
Abunə planlarına görə imkanlar:
Ödənişsiz istifadəçilər: "GPT-5"-ə məhdud şəkildə çıxış əldə edir. İstifadə limiti olsa da, gündəlik sorğular, məqalə yazma, mətn xülasələşdirmə, sadə kodlaşdırma kimi işlər üçün kifayət edir.
Plus abunəçilər: GPT-5-dən daha geniş imkanlarla yararlana bilir. Əvvəlki modellərə nisbətən daha sürətli və dəqiq cavablar təqdim edir. Limit mövcuddur.
Pro abunəçilər: Dərin məntiq rejimi olan “GPT-5 Thinking” funksiyasına çıxış əldə edir. Bu rejim uzun və mürəkkəb məsələləri daha ətraflı və dəqiq şəkildə həll edə bilir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
