Bu gün:

Azərbaycan və ABŞ arasında texnologiya əməkdaşlığı


İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində nazir Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios ilə görüşüb.

24media.az xəbər verir ki, tərəflər bilik və təcrübə transferi, tədqiqat və inkişaf mərkəzlərinin yaradılması, süni intellekt və data infrastrukturunun formalaşdırılması, insan kapitalının inkişafı kimi mövzuları müzakirə ediblər. Görüşdə ölkələr arasında strateji tərəfdaşlığın gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq imkanları vurğulanıb.

Arzu Qafarova 

Paylaş
Şərh əlavə et