İspan dilində cümlənin əvvəlində qoyulan tərs sual işarəsi oxucuya “qarşıda sual gəlir” xəbərdarlığını verir.

Bu qayda XVIII əsrdə İspaniya Kral Akademiyası tərəfindən müəyyənləşdirilib. Akademiya “uzun bir cümləni sona qədər oxuyub, yalnız sonunda sual olduğunu anlamaq yorucu və anlaşılmazdır” fikrini əsas gətirərək sual cümlələrinin əvvəlinə də sual işarəsi qoyulmasına qərar verib. Sual işarəsi düz yazılsaydı, əvvəlki cümləyə aid olduğu düşünülə bilərdi deyə, tərs şəkildə yazılması qərara alınıb.
İspan dilində sual cümlələri ilə adi cümlələr arasında qrammatik fərq yoxdur. Məsələn, “Te cansarás de las mentiras” ifadəsi “Yalanlardan yorulacaqsan” deməkdir. Lakin eyni cümləni sual intonasiyası ilə söyləsək, “Yalanlardan yorulacaqsanmı?” mənasını verər. Oxucu üçün cümlənin əvvəlindəki tərs sual işarəsi onun necə vurğulanacağını, sual kimi, yoxsa adi cümlə kimi oxunacağını əvvəlcədən göstərir.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
