Bu gün:

Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq müzakirə olunub


İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata əsasən,  Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf “SpaceX” və “EXIM Bank” rəhbərləri ilə görüşlər keçiriblər. 

24media.az iqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşlərdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, şaxələndirilməsi və investisiya mühiti barədə məlumat verilib, innovasiya və texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

“EXIM Bank” ilə keçirilən görüşdə qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi və böyük investisiya layihələrinin maliyyələşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et