Yaponiyadan ekoloji cəhətdən təmiz və ruhlandırıcı xəbərlər var. Dünyaca məşhur yapon qəzeti The Mainichi Shimbunsha ekoloji problemlər haqqında məlumatlılığı artırmaq üçün qeyri-adi layihəyə start verib - zavoda çevrilə bilən qəzet. Bu xüsusi qəzet təkcə məlumat vermir, həm də təbiətə töhfə verir. 100% davamlı istehsal olunan qəzet oxunduqdan sonra torpağa əkilir və bitki kimi cücərir.

Ekoloji cəhətdən təmiz istehsal prosesi
Bu qəzet Yaponiyanın aparıcı reklam agentliklərindən biri olan Dentsu Inc. ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Onun istehsalında təkrar emal edilmiş kağızdan istifadə olunub, bitki əsaslı və ekoloji cəhətdən təmiz mürəkkəbin xüsusi qarışığı tətbiq edilib. Eyni zamanda, kağızın tərkibinə bitki toxumları yerləşdirilib. Beləliklə, qəzet torpağa basdırıldıqda istifadə olunan mürəkkəb torpağı çirkləndirmir, əksinə gübrə rolunu oynayır. Kağızın içindəki toxumlar isə tez bir zamanda cücərərək təbiətə qaytarılır.
Maarifləndirici dizayn
“Mainichi” qəzeti bu ətraf mühit sisteminin necə işlədiyini göstərən alt məlumata illüstrasiyalı izahatlar əlavə edib. Bu, həm oxucuları maarifləndirir, həm də onları təcrübəyə təşviq edir.
Uşaqlarda ekoloji şüurun artırılması
Ətraf mühit layihələri ilə yaponiyada adından söz etdirən qəzet ibtidai və orta məktəblərdə təkrar emal şüurunun artırılmasına sərmayə qoymağa davam edir. məqsəd uşaqlara erkən yaşda təbiət sevgisi və davamlılıq hissi aşılamaqdır.
Layihənin əhəmiyyəti
Bu təşəbbüs sadəcə təkrar emal deyil, həm də ekoloji medianın güclü nümunəsidir. oxunan hər qəzet səhifəsi təbiətə yeni nəfəs almaq imkanı verir. Yaponiyanın bu yaradıcı nümunəsi bütün dünya media orqanlarını ruhlandıra biləcək ekoloji yanaşmadır.
Tərcümə etdi: Səidə Əsədli
Mənbə: Fikrimucit
