Texnologiya dünyasında hər gün yeni bir yeniliklə qarşılaşırıq. Süni intellektlə bağlı inkişaflar davam etdiyi bir vaxtda insanlığın ən son “oyuncağı” olan robotlara da yeni xüsusiyyətlər əlavə olunur. Son olaraq Kolumbiya Universitetindən bir qrup tədqiqatçı digər robotların hissələrindən istifadə edərək özünü gücləndirə bilən bir robot hazırlayıb.
NTV-nin yaydığı məlumata görə, yeni hazırlanan bu robot sistemində “Truss Link” adlanan maqnit uclu modullar var. Bu modullar uzana, əyilə bilir. Maqnit sahələri sayəsində bir-birinə bağlana bilirlər. Modullar birlikdə işlədikdə isə özlərini dəyişdirə bilirlər.
Tədqiqatın müəllifi Filipp Martin Vayder bu işi “bioloji həyatın ətrafındakı resursları əmirək böyüməsinə” bənzədir. Bu robotlar da ətraflarındakı digər resurslardan istifadə edərək böyüyür, uyğunlaşır və özlərini bərpa edə bilirlər!
Altı modul birləşərək bütöv bir robot yaradır.
Bir robot yaratmaq üçün sadəcə altı “Truss Link” moduluna ehtiyacınız var. Daha doğrusu sizə ehtiyac yoxdur, çünki onlar onsuz da özləri olurlar! Qurğu yerləşdiyi mövqedən irəliləyir və əvvəlcə ikiölçülü, sonra isə üçölçülü formaya çevrilir.
Narahat olmağa dəyməz — bu robotlar yalnız yamyam deyillər. Onlar digər robotlara da yardım edə bilir, enerjisi az olan hissələri çıxarıb yerinə yenilərini taxırlar. Yəni yeni həllər hazırlamaq mövzusunda da ustadırlar.
Mənbə: NTV
Tərcümə etdi: Mina Yadigarlı
