Christopher Nolanın Homerin “Odisseya” əsərinin adaptasiyası qeyri-adi bir addım ataraq bəzi biletləri bir il əvvəl satışa çıxarıb. 

Ənənəvi olaraq yay mövsümünün blokbaster filmləri üçün reklam kampaniyaları filmdən təxminən altı ay əvvəl başlayır. Lakin bu qaydadan kənara çıxan bir film var: Christopher Nolanın Homerin epik əsərinə əsaslanan çox müzakirə olunan “The Odyssey” filmi. Baş rollarda Matt Damon, Zendaya, Tom Holland, Lupita Nyong’o və daha bir çox məşhur aktyor var. Bu ayın əvvəlində, yəni, filmin 17 iyul 2026-cı il tarixində nümayişə çıxmasına hələ bir ildən çox qalan kinoteatrlarda filmin teaser (ilk qısa treyleri) yayımlanmağa başlayıb. Və sonra, tam olaraq 17 iyulda, görünməyən bir addım atılaraq filmin açılış həftəsonuna aid IMAX 70mm formatında seansların biletləri satışa çıxarılıb, bu format Nolanın bütün filmləri üçün sevdiyi formatdır. Biletlər satışa çıxarıldıqdan cəmi bir gün sonra demək olar ki, hamısı satılıb və alverçilər onları artıq 200 dollardan (təxminən 148 funt sterlinq) baha qiymətə təkrar satışa çıxarmağa başlayıblar.
Bu hadisə Nolanın inanılmaz dərəcədə böyük təsir gücünü sübut edir, o, IMAX və Universal Pictures ilə birlikdə hələ çəkilişləri tamamlanmayan bir filmə insanlar üçün bilet almağa həvəsləndirə bilib. Və ,xüsusilə, o, pərəstişkarları 70mm formatında izləməyə maraqlandırıb bu format 1950-ci illərdə hazırlanan böyükölçülü klassik kino lenti texnologiyasıdır və son illərdə Quentin Tarantino, Paul Thomas Anderson və Ryan Coogler kimi rejissorlar sayəsində yenidən populyarlaşır. Bu ilin əvvəlində Coogler də vampir trilləri Sinners filmini məhz bu formatda izləməyi tövsiyə edib, ancaq “The Odyssey”də olduğu kimi bilet satışını belə böyük səhnəyə çevirməyib. Əslində, əyləncə jurnalisti Tatyana Arrington hesab edir ki, Sinners filminin IMAX seanslarının uğuru The Odysseyin satış strategiyasına təsir etmiş ola bilər. Bu yeni strategiya Nolanın uzun müddətdir davam etdirdiyi bir missiyanın- kinoteatrlara insanları geri qaytarmaq və kino izləməyi bir hadisəyə çevirmək bir hissəsidir. “The Odyssey” bu məqsəd üçün ideal bir qarışıma sahibdir: güclü ulduz heyəti və hər kəsin tanıdığı klassik bir hekayə.
Bu addım elə bir dövrdə atılır ki, kinoteatrlarda gəlirlər azalmaqdadır. ABŞ və Kanadada ötən ilin kassadan gələn ümumi gəliri 2019-cu illə müqayisədə 23% az idi. Bu azalmada pandemiya və Hollivudda baş verən tətil aksiyaları böyük rol oynayıb. Amma həmçinin, axın platformalarının yüksəlişi və bir çox filmlərin kinoteatrlardan bir neçə həftə sonra onlayn yayımlanması da bu düşüşə təsir edib. Film studiyası Nukhunun qurucusu Sanjay Singh deyir: “Studiyalar film buraxılışlarını tanıtmaq üçün kreativ marketinq yollarını düşünməlidirlər, çünki onlar sadəcə digər filmlərlə deyil, eyni zamanda fərqli formatlar və qısalan diqqət müddətinə malik dəyişən auditoriyalarla da rəqabət aparırlar”. Onun sözlərinə görə əsas məsələ “dikkəti dağılan auditoriyanı hərəkətə gətirmək və onları cəlb etməkdir”. Amma belə bir uzunmüddətli satış strategiyasını başqa filmlər də təkrarlaya bilərmi, yoxsa Nolan bu baxımdan yeganədir? Çikaqoda yaşayan və Nolan pərəstişkarı olan Jack Cunningham deyir: “Məncə, Nolan bu cür bir illik qabaqcadan bilet satışını reallaşdıra bilən yeganə adamdır. Başqa rejissorlarda bunu təsəvvür etmirəm”.
Burada başqa bir məsələ də var: Nolan və digər rejissorlar IMAX 70mm kimi yüksək keyfiyyətli görüntü təcrübəsini təbliğ etsələr də, bu formata çıxış hələ də çox məhduddur. ABŞ-da bu format üçün lazım olan avadanlığa malik cəmi 16 kinoteatr mövcuddur. Hətta bəzi bölgələrdə ümumiyyətlə kinozalları yoxdur. Məsələn, “Sinners” filminin çəkildiyi Clarksdale, Mississippi şəhərində sakinlərin bu filmi öz şəhərlərində izləmək imkanı olmayıb. Bu, sosial mediada viral kampaniyadan sonra rejissor Cooglerin iştirakı ilə xüsusi bir seans təşkil olunandan sonra dəyişib.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
