Bu gün:

Tramp: Yarıkeçirici idxalına 100 faiz dərəcəsində tarif tətbiq olunacaq


Ağ Evdə keçirilən tədbirdə çıxış edən Tramp qeyd edib ki, çiplər və yarıkeçiricilər üçün çox yüksək dərəcədə tariflər nəzərdə tutulur.

O, vurğulayıb ki, idxal olunan çiplərə və yarıkeçiricilərə tətbiq ediləcək təxminən 100 faiz tarif, ABŞ-də istehsal öhdəliyi götürən şirkətlərə şamil edilməyəcək.

Tramp əlavə edib: “Yəni, ABŞ-yə gətirilən bütün çiplər və yarıkeçiricilərə 100 faiz tarif tətbiq olunacaq. Lakin əgər (ABŞ-də) istehsal etməyi öhdəsinə götürmüsünüzsə və ya hazırda istehsal prosesindəsinizsə, bu tarif sizə şamil olunmayacaq”.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et