Storm Şimali Koreya kiberhücumçuları tərəfindən oğurlanmış vəsaitləri yumaq üçün istifadə olunan Tornado Cash platformasının əsas inkişaf etdiricilərindən biri olub. Məhkəmə onu üç maddə üzrə ittiham etsə də, yalnız bir ittiham üzrə – pul ötürmə xidmətini icazəsiz göstərmək – günahkar bilinib.
Roman Storm barəsində qərar ABŞ-nin Nyu-York Federal Məhkəməsində üç həftə davam edən məhkəmə prosesindən sonra çıxarılıb. Məhkəmə onun lisenziyasız şəkildə pul ötürən bir biznesin yaradılmasında şüurlu şəkildə iştirak etdiyini təsdiqləyib. Bu ittiham üzrə maksimum cəza 5 il azadlıqdan məhrumetmədir.
Storm-un müdafiə tərəfi, onun sadəcə bir proqram təminatı tərtibatçısı olduğunu və platformanın istifadəçilər tərəfindən necə istifadə ediləcəyinə dair məsuliyyət daşımadığını iddia edib. Lakin məhkəmə bu arqumentləri yetərli hesab etməyib.
Kriptovalyuta dünyasında bu qərar ciddi rezonans doğurub. Bir çox mütəxəssis hesab edir ki, bu qərar proqram təminatı yaradan şəxslərin hüquqi məsuliyyət daşıması ilə bağlı yeni presedent yaradacaq. Digər iki ittiham – sanksiyaların pozulması və çirkli pulların yuyulması – üzrə isə Storm təqsirsiz bilinib.
Mənbə: The Wall Street Journal
Tərcümə etdi: Rəna Qarayeva
