İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”da indiyədək 22 500 nəfər “Coursera” platformasında ödənişsiz təlimləri başa vurub və 41 mindən çox beynəlxalq sertifikat əldə edib. Hazırda 7500 nəfər proqramın yeni mərhələsində iştirak edir.

24media.az İqtisadiyyat Nazirliyinə əsasən, təlimlərə ən çox süni intellekt, data elmi və layihə idarəçiliyi sahələrində maraq göstərilib. Artıq 15 məşhur təlim Azərbaycan dilinə dublyaj olunub. Layihə yerli təhsil müəssisələri və özəl şirkətlərin “Coursera” platformasına inteqrasiyasını da təşviq edir.
Arzu Qafarova
