Trendyol 1-ci Liqa komandalarından "Emre Gökdemir İnşaat Ankara Keçiörengücü" hücumçu Ali Akmanı transfer edib.
Klubun sosial media hesabından verilən açıqlamada son olaraq Çorum FK formasını geyinən 23 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalandığı bildirilib.
Açıqlamada “Ali Akmana klubumuza xoş gəldin deyir, bənövşəyi-ağ formamız altında böyük uğurlar arzulayırıq” ifadəsi işlədilib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
