Çinli tədqiqatçılar eyni anda bir neçə işi görə bilən “tək beyin-çox formalı” konseptində imkanlara sahib olan insanabənzər robot hazırlayıblar.

Global Times-ın xəbərinə görə, Çinin Anhui əyalətinin Xefey şəhərində Youibot Robotics şirkəti ilə Xi’an Jiaotong Universitetinin ortaq təşəbbüsü ilə “Ling Şu” adlı insanabənzər robot istehsal olunub.
Tədqiqatçılar bildiriblər ki, robot tək bir “robotik beyinlə” bir neçə fərqli fiziki robot formasına uyğunlaşa bilir və bu da onun müxtəlif şəraitlərə adaptasiya olunmasına imkan yaradır. Bu, “tək beyin-çox forma” konseptinə uyğun istehsal edildiyini göstərir.
Tədqiqatçılar qeyd ediblər ki, robotun boyu 1,66 metr, çəkisi isə 40 kiloqramdır. Onlar həmçinin Ling Şu-nun çoxistiqamətli hərəkət qabiliyyətinə malik olduğunu və mürəkkəb ərazi şərtlərinə uyğunlaşa bildiyini açıqlayıblar.
Tədqiqatçılar əlavə ediblər ki, məsələn, e-ticarət anbarında robot bir əli ilə rəfdən bir paketi götürərkən digər əli ilə skaner tuta bilir.
Youibot Robotics şirkətinin qurucusu Tsan Çahui “Science and Technology Daily” qəzetinə verdiyi açıqlamada bildirib ki, Ling Şu eyni anda bir neçə vəzifəni yerinə yetirməli olan sənaye robotları üçün bir həll təqdim edir.
Mənbə: Haber Global
Tərcümə etdi: Nigar Xəlilli
