Bu gün:

Trampın dəstəklədiyi Navroçki prezident kimi and içib


Polşada millətçi tarixçi Karol Navroçki prezident vəzifəsinə and içib.

ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi Navroçki ilk çıxışında Avropa İttifaqının səlahiyyətləri artırmasına qarşı çıxaraq ölkənin suverenliyini qorumağa söz verib. O, qeyri-qanuni miqrasiyanı və avroya keçidi tənqid edərək yeni konstitusiyanın qəbuluna çağırıb.

Yeni prezidentin qalibiyyəti Baş nazir Donald Tusk üçün ciddi siyasi zərbə hesab olunur. İndi iki lider arasında gərginliyin artacağı gözlənilir.

Navroçki kampaniyasında "Əvvəlcə Polşa, əvvəlcə polyaklar" şüarı ilə çıxış etmiş, həmçinin Ukraynanın Aİ və NATO-ya üzvlüyünə qarşı olduğunu bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Navroçki ilə Ağ Evdə görüşərkən ona: "sən qalib gələcəksən",-deyib.

Mənbə: DW

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et