ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Dövlət Departamentinin Ukraynaya ümumi dəyəri 203,5 milyon dollar olan “ehtimal olunan hərbi avadanlıq və xidmət satışına” razılıq verdiyini açıqlayıb.

Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin yaydığı yazılı açıqlamada bildirilir ki, Ukraynaya bu məbləğdə potensial hərbi satış təsdiqlənib.
Açıqlamaya görə, bu satışa M777 haubitsaları, əlaqəli avadanlıqlara aid ehtiyat hissələri, texniki xidmət, logistika dəstəyi üçün 104 milyon dollar, həmçinin daşınma xidmətləri və buna aid avadanlıqların mümkün satışı üçün təxminən 99,5 milyon dollar daxildir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Nuray Əliyeva
