Bu gün:

Azərbaycan və Pakistan komandanları arasında görüş


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının HDQ komandanı admiral Navid Əşrəf arasında görüş keçirilib. 24media.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi qarşılanma mərasimində HDQ komandanları fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Pakistan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiram nümayiş etdirib. 

Görüş zamanı Azərbaycan və Pakistan HDQ-lərinin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, döyüş gəmilərinin heyətləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və bir sıra digər məsələlər müzakirə olunub.

Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et