Bu gün:

Azərbaycan və ABŞ iqtisadi əməkdaşlığı müzakirə edib


İqtisadiyyat Nazirliyindən əldə edilən məlumata görə, 24media.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb. 

Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, Orta Dəhlizin əhəmiyyəti və birgə təşəbbüslərin reallaşdırılması imkanları nəzərdən keçirilib.

Arzu Qafarova 

Paylaş
Şərh əlavə et