OpenAI süni intellektlə işləyən “ChatGPT”yə yeni öyrənmə funksiyası əlavə edib. Study mode: Bu innovativ xüsusiyyət tələbələrin öyrənmə vərdişlərini dəyişdirmək və onları sadəcə cavablara çatmaq əvəzinə, mövzuları daha dərindən anlamağa təşviq etmək məqsədi daşıyır.

Chatgpt interaktiv öyrənmə təklif edir
Yeni “təhsil rejimi” ənənəvi “ChatGPT”dən fərqli olaraq, birbaşa məlumat verməkdənsə, tələbələrin biliyini təhlil edən və onları düşünməyə təşviq edən sistem təklif edir. Bu rejimdə ChatGPT əvvəlcə istifadəçiyə mövzunu mənimsədiklərini qiymətləndirmək üçün müxtəlif suallar verir. Tələbə məzmunla aktiv şəkildə məşğul olmursa, AI tez-tez birbaşa cavab verməkdən imtina edir. Bu, istifadəçilərə məlumatı passiv qəbul etməkdənsə, aktiv öyrənmə prosesində iştirak etməyə imkan verir.
Bütün istifadəçilər üçün əlçatandır: pulsuz planlar daxildir
OpenAI iyulun sonunda bütün ChatGPT istifadəçiləri üçün “təhsil rejimi”ni işə salıb. Bu xüsusiyyət həm pulsuz istifadəçilər, həm də Plus, Pro və Komanda planlarından istifadə edənlər üçün əlçatandır. Şirkət yaxın həftələrdə bu funksiyanı korporativ təlim paketlərini ehtiva edən Edu abunəliklərinə inteqrasiya etməyi planlaşdırır. Bu, xüsusilə məktəblər və universitetlər üçün böyük potensiala malikdir.
Məqsəd: “Ai”ni tələbələr üçün təhsil alətinə çevirmək
“OpenAI”nin bu addımı “ChatGPT”ni sadəcə cavab mühərrikindən tələbələrin tənqidi düşüncə, təhlil və anlama bacarıqlarını artıran öyrənmə köməkçisinə çevirmək məqsədi daşıyır. Məlum olduğu kimi, ChatGPT kimi süni intellekt alətləri bəzən tələbələrin düşünmə bacarıqlarını potensial olaraq zəiflətdiyinə görə tənqid olunur. Bəzi ölkələrdə onların məktəblərdə istifadəsi hətta qadağan edilib.
Bununla belə, Çin kimi texnologiyaya əsaslanan ölkələrdə bu cür vasitələrin təhsildə istifadəsi təşviq olunur və hətta bəzi hallarda mandat verilir. Türkiyədə isə təhsildə süni intellektdən istifadəyə hələ də ehtiyatla yanaşılır.
Tədris rejimi necə işləyir?
Study mode istifadəçi tərəfindən istəyə bağlı olaraq aktivləşdirilə bilən xüsusiyyətdir. Hal-hazırda, bu rejimi mandat edəcək heç bir idarəçi və ya valideyn nəzarəti mexanizmi yoxdur. Bununla belə, OpenAI bildirib ki, gələcəkdə müəllimlər və ya valideynlər tərəfindən idarə oluna biləcək monitorinq sistemini nəzərdən keçirə bilər.
Bu xüsusiyyətin müvəffəqiyyəti əsasən tələbənin öz daxili motivasiyasından asılıdır. Bu rejimdə məlumat əldə etmək üçün sadəcə yazmaq kifayət etmir; düşüncə, qarşılıqlı əlaqə və təlim prosesində fəal iştirak tələb olunur.
Süni intellektlə təhsil yeni normala çevrilə bilər
İnkişaf edən süni intellekt texnologiyaları təhsil metodlarını kökündən dəyişir. “ChatGPT”nin öyrənmə rejimi sayəsində tələbələr artıq məlumatları yadda saxlamaqla kifayətlənməyəcək, anlayış və sorğu ilə öyrənəcəklər. Bunun xüsusilə imtahana hazırlıq zamanı daha səmərəli və effektiv öyrənmə təcrübəsinə töhfə verəcəyi görünür.
Tərcümə etdi: Səidə Əsədli
Mənbə: Fikrimucit
