Pac-Man adlı məşhur kompüter oyunu 1970-ci illərin sonlarında Yaponiya oyun dizayneri Toru İwataninin salamidən pizza yeməsi ilə başlayıb. Bir dilimi çıxardıqdan sonra, dairəvi şəkildə qalan pizza hissəsi ona bir ağızı xatırlatdı və bu görüntü İwataniyə ilham verib. 2010-cu ildə Wired jurnalına deyib: “Əgər pizzadan bir parça çıxarsanız, bu bir ağıza bənzəyir”.
Təzyiqli bir gündə yağlı boşqabına baxan İwatani yeni oyun obrazını, sürətli yemək maşınını yaratmağa qərar verib. Və ,beləcə, bu il oyun salonlarında ilk dəfə buraxılmasından 45 il keçmiş Pac-Man dünyaya gəlib. Oyunun sadə ideyası sarı bir fiqurun qaranlıq labirintdə sikkələri yığması və eyni zamanda Blinky (qırmızı), Pinky (çəhrayı), Inky (mavi) və Clyde (narıncı) adlanan ruhlardan qaçması üzərində qurulub. Pac-Man oyunun əsas ideyasını, yəni, yeməyi sadə şəkildə təmsil etmək üçün yaradılıb. Necə ki, McDonald's-ın qızıl tağları hamıya tanışdır, Pac-Man də bir simvola çevrilib. Ona görə də Pac-Man bu qədər geniş auditoriyaya çata bilib. Və həqiqətən də, geniş auditoriyaya çatıb. Əvvəlcə, Yaponiyada “PuckMan” adlandırılan bu oyun yapon dilində “paku paku taberu” ifadəsindən götürülüb ki, bu da ağızla yemək zamanı çıxan “çap-çap” səslərinə işarə edir. Guinness Rekordlar Kitabına görə, Pac-Man bütün dövrlərin ən uğurlu sikkə atmalı arcade oyunudur. Bu brend bu günə qədər 14 milyard dollarlıq gəlir gətirib. Nintendo və Xbox 360 daxil olmaqla bir çox konsollarda təqdim olunub.
Pac-Man oyununu oynamaq üçün peşəkar oyunçu olmağa ehtiyac yoxdur. Sadə və eyni zamanda, ustalıq tələb edən oyunda bəzi insanlar labirintləri əzbərləyərək turnirlərə hazırlaşıb. 1980-ci illərdə çox kişi yönümlü, döyüş və atışma oyunları olan Asteroids və Space Invaders-dən fərqli olaraq, Pac-Man daha geniş kütləyə, xüsusilə, qadınlara yönəlib. Oyunun yaradıcısı Toru İwatani də bildirib ki, bu oyunu hər kəs, xüsusilə, qadınlar üçün dizayn edib. 1982-ci ildə çıxan Ms Pac-Man oyunu da bu yanaşmanı davam etdirib. Iwatani 2020-ci ildə Washington Post-a müsahibəsində bildirib ki, ruhları sadə və şirin şəkildə dizayn etməsi, Yapon estetikası olan "wabi-sabi" prinsiplərinə əsaslanır. Bu prinsip sadəlikdəki gözəlliyi vurğulayır. Pac-Man təkcə oyun sahəsində deyil, elmdə də önəmli rol oynayıb. Tetris kimi, Pac-Man da insan beyninin problem həll etmə qabiliyyətini araşdırmaq üçün istifadə olunub. Məsələn, 2007-ci ildə Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçıları MRI vasitəsilə oyunçuların beynində ruhlar yaxınlaşdıqca nə baş verdiyini müşahidə ediblər.
Şeffild Hallam Universitetindən Dr Tom Garner deyir: “Son illərdə meymunlar da Pac-Man oynayırlar”. Cornell Universitetindən 2024-cü ildə bir araşdırma göstərib ki, makaka meymunları da strategiya əsasında qərarlar qəbul edə bilir. Bu da Pac-Man-in elmi tədqiqatlarda nə qədər əhəmiyyətli olduğunu göstərir. 45 ildən çox keçsə də, Bandai Namco bu obrazı yeni nəsillər üçün yenidən tanıtmağa çalışır. Yeni oyun “Shadow Labyrinth” elmi fantastika ilə orta əsr estetikasının qarışığı olan bir labirintdə keçir. Oyunda “Puck” adlı qara, kiber-gotik obraz Pac-Man-in yeni versiyasıdır və “Swordman No 8” adlı personajı yönləndirir. Onlar birlikdə robot döyüşçü olan “GAIA”ya çevrilə bilirlər. Oyunun prodüseri Seigo Aizawa deyir: “İnsanlar Pac-Man-i ona görə də seviblər ki, onun obrazlarında xarakter var idi. Məsələn, Blinky birbaşa hücum edir, Pinky isə pusquya düşməyi sevir. Bu fərqlilik sadəcə oyunun afişasında deyil, oyunun içində, ruhların süni intellekt və hərəkət naxışlarında əks olunub. Pac-Man oyununda güc topunu (power pellet) yedikdə isə ruhları yemək mümkündür, bu, onun ova çevrilməsi effektidir. Bu da oyunçular üçün həyəcanverici bir məqamdır.
Bandai Namco-nun prezidenti Nao Udagawa isə etiraf edir ki, Pac-Man-ə yeni nəfəs vermək bir az çətindir, çünki o, səssiz və sadə bir obrazdır. Mario və Sonic kimi xarakterik oyun qəhrəmanlarından fərqli olaraq, Pac-Man-də çoxlu hekayə və personaj yoxdur. Amma elə bu sadəlik də onu Gen Z və daha gənc nəsillər üçün tanınan və universal simvola çevirib. Pac-Man artıq oyunlardan kənarda da görünür, Krispy Kreme və Little Lion Entertainment kimi brendlərlə əməkdaşlıqlar edilib. Hətta immersive (real hisslər yaradan) oyun otaqları yaradılır.
Mənbə: Bbc news
Tərcümə etdi : Nigar Muştaqova
