Bu gün:

Trampın sülh çağırışlarına baxmayaraq, Rusiya Ukraynaya hücumlarını iki dəfə artırıb


BBC Verify-in təhlilinə görə, prezident Donald Tramp yanvarda Ağ Evə qayıtdıqdan sonra Rusiya Ukraynaya atdığı dron və raketlərin sayını iki dəfədən çox artırıb, baxmayaraq ki, o, atəşkəs çağırışı edib.

Hücumlar artıq 2024-cü ildə keçmiş prezident Co Bayden dövründə artmaqda olub, lakin Trampın noyabr seçki qələbəsindən sonra kəskin şəkildə yüksəlib. O, yanvarda vəzifəyə qayıtdıqdan sonra Moskvanın qeydə alınmış hava hücumları müharibə dövründə ən yüksək səviyyəyə çatıb.

Seçki kampaniyası zamanı Tramp vəzifəyə qayıdacağı təqdirdə döyüşləri cəmi bir gündə dayandıracağına söz verib. O, 2024-cü il kampaniyası zamanı iddia edib ki, Kremlin “hörmət etdiyi” bir prezident hakimiyyətdə olsaydı, Rusiyanın Ukraynaya tammiqyaslı hücumu baş verməzdi.

Lakin atəşkəsə nail olmaq cəhdlərində Tramp bəzən Rusiyanın tərəfini saxlamaqda ittiham olunur və onun administrasiyası iki dəfə Ukraynaya hava hücumundan müdafiə sursatlarının və digər hərbi ləvazimatların çatdırılmasını dayandırıb.


Mənbə:BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et