Bu gün:

Uşaqlarda ağzı açıq yatmaq


Uşaqların ağızları açıq yatması adi bir hadisə deyil. Yəqin ki, uşaqların bütün gecə ağızları açıq yatdıqlarını görmüsünüz. İnsanın təbii tənəffüs yolu burundan başlayır. Yəni insanlar instinktiv olaraq burun nəfəsi ilə doğulurlar və ağızları ilə nəfəs almağı bilmirlər. 

Yeni doğulan körpələr burunlarından nəfəs alaraq həyatlarını davam etdirə bilirlər. Genetik olaraq burun və burun keçidləri tıxanmış doğulan uşaqlar müdaxilə olmadan yaşaya bilməzlər. Uşaqların ağızları açıq yatması onların burunları ilə nəfəs ala bilməmələri deməkdir. Başqa sözlə desək, onların təbii tənəffüs yolları burnu maneə törədən problemdən xəbər verir.

Ağzı açıq yatmaq həm yuxu keyfiyyətinə, həm də ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Ağızla nəfəs alınan zaman kondisioner sistemi burundan yan keçərək daha quru, daha soyuq havanı birbaşa ağciyərlərə göndərir. Burnun hava süzgəcdən keçirmə və istiləşmə təsiri aradan qaldırıldığı üçün bu, ağız quruluğu, boğaz infeksiyaları və tez-tez oyanmalara səbəb ola bilər. Bu, həmçinin uşaqların böyümə və inkişafına mənfi təsir edərək, adekvat oksigen almasına mane ola bilər. Evdə görülə biləcək tədbirlərə uşağın yuxu vəziyyətinin düzəldilməsi, yan yatmasının təmin edilməsi, nəmli və təmiz yuxu mühitinin təmin edilməsi daxildir. 

Mənbə: TRT Haber 

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et