Bu gün insanlar daim pozitiv qalmağa təşviq olunurlar, lakin bu yanaşma bəzən real hisslərin inkarına gətirib çıxarır. Mənfi emosiyalar basdırıldıqda daxili gərginlik, tənhalıq və emosional uzaqlaşma yaranır. Hisslərini ifadə etmək istəyən insanlar yanlış anlaşılmaq və ya mühakimə olunmaq qorxusuyla susmağa başlayırlar.

Sosial mediada süni xoşbəxtlik görüntüsü yayılır və bu, başqalarında özünü qüsurlu hiss etməyə səbəb ola bilər. Bəzi cəmiyyətlərdə zəiflik göstərmək ayıb sayıldığından insanlar kədər, qorxu və qəzəb kimi duyğularını gizlətməyə məcbur qalır.
Duyğuların hər biri insani və təbiidir. Onları basdırmaq əvəzinə qəbul etmək və ifadə etmək daha sağlam yanaşmadır. Empatiya göstərmək, dinləmək və anlayışlı olmaq həm fərdi münasibətlərdə, həm də emosional sağlamlıqda mühüm rol oynayır. Pozitivlik faydalıdır, amma yalnız gerçək duyğulara yer verdikdə.
Mənbə: insightspsychology.org
Tərcümə etdi: Arzu Qafarova
