Bu gün:

İsrailli sabiq rəsmilər Trampdan kömək istəyiblər


Təxminən 600 nəfərdən ibarət, kəşfiyyat orqanlarının sabiq rəhbərləri də daxil olmaqla, İsrailin təqaüddə olan təhlükəsizlik rəsmiləri qrupu ABŞ prezidenti Donald Trampa məktub yazaraq İsraili dərhal Qəzza müharibəsinə son qoymağa çağırıblar.“Peşəkar rəyimiz budur ki, Hamas artıq İsrail üçün strateji təhlükə yaratmır”, - rəsmilər bildiriblər.

“Sizin İsrail əhalisinin böyük əksəriyyəti arasında olan nüfuzunuz Baş nazir Benyamin Netanyahu və onun hökumətini düzgün istiqamətə yönəltmək imkanınızı artırır: Müharibəni dayandırın, girovları geri qaytarın, əzab-əziyyətə son verin”, - onlar yazıblar.

Onların bu müraciəti Netanyahu hökumətinin Haması ilə dolayı atəşkəs danışıqları dalana dirəndiyi vaxt Qəzzada hərbi əməliyyatları genişləndirməyə çalışdığı barədə xəbərlər fonunda edilib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et