UEFA Konfrans Liqasında play-off mərhələsinin püşkatması keçirilib. Təmsilçilərimizdən "Beşiktaş", "St. Patrick's"i mübarizədən kənarlaşdırarsa, "Lausanne–Astana" cütünün qalibi ilə qarşılaşacaq. "Başakşehir" isə "Viking"i keçəcəyi təqdirdə "Universitatea Craiova–Spartak Trnava" cütünün qalibi ilə oynayacaq.

Avropa futbolunun klub səviyyəsindəki üçüncü ən böyük turnirində püşkatma İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın qərargahında keçirilib.
"Başakşehir" 3-cü təsnifat mərhələsində "Viking"i keçəcəyi halda pley-offda "Universitatea Craiova–Spartak Trnava" duelinin qalibi ilə qarşılaşacaq.
"Beşiktaş" isə III mərhələdə "St. Patrick's"i mübarizədən kənarlaşdırarsa, "Lausanne–Astana" cütünün qalibi ilə üz-üzə gələcək. Play-off mərhələsinin oyunları 21 və 28 avqust tarixlərində keçiriləcək.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
