Bu gün:

EFT və pul köçürmələrində şəffaflığa yeni addım


Qeyri-rəsmi iqtisadiyyatla mübarizə çərçivəsində EFT və pul köçürmələri zamanı “digər” və ya “fərdi ödəniş” kimi kateqoriyalar seçildikdə əməliyyatın xarakteri ən azı 20 simvolla izah edilməlidir.

Yeni tənzimləmə Maliyyə Cinayətlərinin İstintaq Şurası (MASAK) tərəfindən hazırlanıb və "Financial Action Task Force" (FATF) standartlarına uyğunluğun artırılmasını, eləcə də milli və beynəlxalq öhdəliklərin yerinə yetirilməsini hədəfləyir.

Layihə çirkli pulların yuyulması və qeyri-rəsmi iqtisadiyyatla mübarizə məqsədilə maliyyə əməliyyatlarının monitorinqini gücləndirməyi nəzərdə tutur. Tənzimləmə nağd əməliyyatların fasiləsiz davam etməsi, şəffaflığın və maliyyə sisteminə etimadın artırılması, eləcə də iqtisadi fəallığa minimum təsirlə icra olunması üçün həyata keçirilir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et