Bu gün:

Sular çəkilən Meriç çayında tarix üzə çıxıb


Ədirnədə quraqlıq səbəbilə Meriç çayının suyunun çəkildiyi ərazidə tarixi olduğu ehtimal edilən tüfəng tapılıb.

Meriç çayında su səviyyəsi 46 kubmetr/saniyəyə qədər düşüb. Tarixi Meriç körpüsündən keçən insanlar, suyun çəkildiyi sahədə bir tüfəng görərək vəziyyəti 112 Təcili Çağrı Mərkəzinə bildiriblər. Şikayət əsasında hadisə yerinə gələn polis əməkdaşları tüfəngi olduğu yerdən götürüblər. Araşdırmalar nəticəsində onun mavzer (köhnə model tüfəng) ola biləcəyi dəyərləndirilib.

Polis əməkdaşları tüfəngi incələnməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər İdarəsinə təhvil verib.

Tüfənglə bağlı araşdırmalar davam edir.

Mənbə: Haber Global

Tərcümə etdi: Nigar Xəlilli 

Paylaş
Şərh əlavə et