Bu gün:

2022-2028-ci illər üçün Dövlət Proqramı


"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 356 namizəd magistratura səviyyəsində proqram iştirakçısı adını qazanıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliynin  açıqlamasına əsasən 24media.az istinad edir ki, 2025-2026-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ əldə edib.

Proqram iştirakçılarından 160 nəfəri dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin ilk onluğunda yer alan universitetlərdə təhsil alacaq. Siyahıda "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University" və "Yale University" kimi dünya miqyasında tanınmış universitetlər var.

Qeyd olunur ki, magistratura səviyyəsində müsahibə mərhələsindən uğurla keçsə də, müsabiqə nəticələrinə görə seçilməyən namizədlər üçün ehtiyat siyahı tərtib edilib. 2025-2026-cı tədris ili üzrə seçilmiş iştirakçılardan hər hansı biri proqramdan imtina etdiyi halda, Seçim Qaydalarının 4.20-ci bəndinə əsasən ehtiyat siyahıdan növbəti iştirakçının seçilməsi təmin ediləcək.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et