Kreml ABŞ ilə mümkün nüvə gərginliyi ilə bağlı açıqlama verib. Kremldən yayılan bəyanatda bildirilib: “Hər kəs nüvə ritorikası ilə bağlı çox, amma çox ehtiyatlı olmalıdır”.
Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında belə deyib:
“Putin bu həftə Vitkoff ilə görüşə bilər. Hər kəs nüvə ritorikası ilə bağlı çox, amma çox ehtiyatlı olmalıdır. Tramp ilə nüvə sualtı qayıqları mövzusunda polemikaya girmək niyyətimiz yoxdur. Hər hansı bir nüvə gərginliyi söz mövzusu deyil”.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
