Süni intellekt (Sİ) mövzusu getdikcə daha çox müzakirə olunur. Bəziləri onun məhsuldarlığı artıracağını, səhiyyə və təhsildə irəliləyişlər yaradacağını, həyatımızı asanlaşdıracağını düşünür. Digərləri isə, xüsusilə fiziki və təkrarlanan işlərlə məşğul olanlar, Süni intellektin iş yerlərini əllərindən alacağından narahatdır. Lakin mütəxəssislər bildirirlər ki, süni intellekt təkcə işləri əvəz etmir, eyni zamanda yeni peşələr və imkanlar da yaradır.

McKinsey institutunun araşdırmalarına görə, Sİ 2030-cu ilə qədər dünya iqtisadiyyatına 13 trilyon dollarlıq əlavə dəyər qatacaq. Bu da illik ÜDM-in 1.2% artması deməkdir. Bu artım əsasən avtomatlaşdırma və yeniliklər hesabına baş verəcək. Lakin bu prosesə uyğunlaşmaq üçün işçilər yeni bacarıqlar əldə etməlidirlər.
Mütəxəssislər deyirlər ki, Sİ sahəsində karyera qurmaq üçün texniki biliklərlə yanaşı, yumşaq bacarıqlar da vacibdir. Onlayn kurslar, praktiki təcrübə və sahə haqqında məlumatlı olmaq karyera keçidini asanlaşdıra bilər.
Hər nə qədər süni intellekt bir çox sahələri dəyişdirsə də, bəzi peşələr hələ də insan təcrübəsinə ehtiyac duyur. Məsələn, psixoloq, cərrah, sistem analitiki, yazıçı kimi peşələrdə Sİ dəstəkçi rol oynaya bilər, amma tam əvəzləyə bilməz.
Dünya İqtisadi Forumu bildirir ki, 2025-ci ilə qədər Sİ təxminən 85 milyon işi əvəz edəcək. Xüsusilə pərakəndə satış sektorunda avtomatlaşdırma güclənəcək. Buna baxmayaraq, eyni zamanda yeni sahələr və vəzifələr yaranacaq.
Mənbə: Nexford University
Tərcümə etdi: Arzu Qafarova
