Bu gün:

Şəkərsiz içkilərin təsiri


İngiltərə mediası şəkərsiz, pəhriz üçün qazlı içkilər haqqında diqqətəlayiq məqalələr dərc edib. The Sun-un xəbərinə görə, elm adamları və elmi araşdırma məlumatları bazarda şəkərsiz içkilərin sağlamlıq üçün ciddi risklər yaratdığını ortaya çıxarıb.

Diş minasına zərər

Dr. Rac Juneja,-"Bu növ pəhriz içkiləri digər qazlı içkilər kimi çox turşudur. Diş minasına zərər verə bilər və bədənin yağ saxlama mərkəzlərini aktivləşdirə bilər",-dedi.


Junja belə içkilərdəki qazın əmələ gəlməsi üçün karbonatlaşma prosesinə məruz qaldığını və bunun diş həssaslığına səbəb ola biləcəyini bildirib. İngilis ortodontist Dr. Khaled Kasem,-"Əgər bu cür içkiləri içəcəksinizsə, mən onları qəbul etdikdən sonra dərhal su içməyi tövsiyə edirəm",-dedi.


İnsulinə qarşı müqaviməti artırır

Dr. Kasem şəkərsiz içkilər içdikdən 20 dəqiqə sonra insulin aşkarlandığını qeyd etdi. Dr. Metyu Snelson,-"Vücudumuz qəbul etdiyimiz qidaya cavab olaraq insulin ifraz edir və bu, xüsusilə tərkibində karbohidrat olan qidalarda baş verir. İnsulin orqanizmdə yağların yığılmasında rol oynayır",-dedi.


Çəki üçün yanlış istifadə

Ümumdünya Səhiyyə Təşkilatı araşdırma apararaq şəkəri az olan içkilərin zərərlərini gündəmə gətirib. O, belə məhsullardan “arıqlamaq üçün” istifadə edilməməli olduğunu vurğulayıb.


Mütəxəssislər şəkərsiz içkilər içdikdən 40 dəqiqə sonra "qısa asılılıq vəziyyəti"nin tətikləndiyini, 60 dəqiqədən sonra isə belə içkilərin tərkibindəki kofeinin susuzluğu artırdığını bildiriblər. Dr. Juneja ,-"Pəhrizli içkilər adi qazlı içkilərdən daha az kofein ehtiva etsə də, yenə də bir qədər kofein ehtiva edir. Kofein susuzlaşdırmaya səbəb ola bilər", - deyib.

 

Mənbə: HaberTürk

Tərcümə etdi: Xədicə Cabbarlı


Paylaş
Şərh əlavə et