Bu gün:

Baş ağrılarınız sizə nə deməyə çalışır?


Baş ağrıları ümumi bir xəstəlikdir və dünya əhalisinin yarısından çoxunu əhatə edir. Bununla belə, bəzi insanlar tez-tez bu ağrıların altında yatan səbəbləri və bədənlərinin onlara nə deməyə çalışdığını görməməzlikdən gəlirlər. Dünya əhalisinin yarıdan çoxu baş ağrısı pozğunluğundan əziyyət çəkir. 

Migren 

Simptomlar: Şiddətli, çırpınan ağrı adətən başın bir tərəfində hiss olunur. Dörddən 72 saata qədər davam edə bilər və bulanıq görmə, ürəkbulanma, işığa və səsə qarşı həssaslıq ilə müşayiət oluna bilər. 

Gərginlik tipi baş ağrısı

Simptomlar: Bu baş ağrısı yüngül və orta dərəcədə davamlı ağrıya səbəb olur. Başın ətrafına sıx bir bant bağlanmış kimi hiss olunur, təzyiq hissi yaradır. Migrendən fərqli olaraq ürəkbulanma və işığa həssaslıq yaratmır. 

Sinus baş ağrısı 

Simptomlar: Bu, sinusların selikli qişasının iltihabı və şişməsi ilə baş verir. Gözlərin arxasında, yanaq sümüklərində, alında və ya burun körpüsündə küt ağrıya səbəb olur. 

Baş ağrılarının qarşısını necə ala bilərik?

Kifayət qədər su içərək, davamlı yuxu və yemək cədvəlinə riayət edərək, müntəzəm olaraq məşq edərək və stressi düzgün idarə edərək baş ağrılarının qarşısını almaq olar. Stressdən sonra dincəlmək miqreni tətikləyə bilər, buna görə də hər gün eyni saatda, hətta həftə sonu da oyanmaq stressi idarə etmək üçün vacibdir. 

Mənbə: Hüriyyət 

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et