Bu gün:

Yaxşı gecə yuxusu ölüm riskini azaldır


Araşdırma göstərib ki, yaxşı gecə yuxusu ölüm riskini 40% azaldır.

ABŞ-də Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, nizamlı və sağlam yuxu rejiminə riayət edənlərin etməyənlərə nisbətdə vaxtından əvvəl ölüm riski nisbətən 40 faiz daha azdır.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin rəqəmlərinə görə, amerikalıların üçdə biri kifayət qədər yuxu almır, yəni gündə ən azı yeddi saat yatmır.

Bəzi xəstəliklərin yaranmasına səbəb olur

Yuxu çatışmazlığı davamlı olaraq ürək, böyrək xəstəliyi, yüksək qan təzyiqi, diabet, insult, piylənmə və depressiya kimi xroniki sağlamlıq problemləri ilə əlaqələndirilir. 

Tədqiqat qrupu Milli Sağlamlıq İnstitutları tərəfindən maliyyələşdirilən və yeddi illik orta təqibdə 1750 iştirakçını qiymətləndirən tibbi tədqiqatı Aterosklerozun Çox Etnik Tədqiqatının məlumatlarından istifadə edib.

Tədqiqatı nəzərdən keçirən Medscape-ə görə, təxminən 1015 iştirakçı "müntəzəm-optimal", 744 nəfər isə "müntəzəm-qeyri-kafi" yatanlar kimi təsnif edilib. İzləmə müddətində 176 nəfər həyatını itirib.

Yuxusuzluğun ölkədə tez-tez rast gəlindiyini qeyd edən Amerika Yuxu Tibb Akademiyası həftə sonları belə hər gecə eyni saatda yatmağı və eyni zamanda oyanmağı tövsiyə edir.

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et