Avstraliyanın Monaş Universiteti və Yeni Zelandiyanın Otaqo Universitetinin tədqiqatçıları tropik fırtınaların sağlamlığa uzunmüddətli təsirlərini aşkar edən hərtərəfli araşdırma dərc ediblər. Onlar xəstəxana qeydlərini 2000-2019-cu illər arasında Kanada, Yeni Zelandiya, Cənubi Koreya, Tayvan, Tayland və Vyetnamda baş verən 124 tropik qasırğanın məlumatları ilə müqayisə edərək təəccübləndirici nəticələr əldə ediblər.
Araşdırmaya görə, tropik fırtınalardan sonra ürək-damar xəstəlikləri ilə bağlı xəstəxanalara müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu artım fırtınadan təxminən iki ay sonra zirvəyə çatır və təsirlər altı aya qədər davam edə bilər.
Ən böyük artım 20-59 yaş arası kişi və qadınlarda müşahidə olunub.
Otaqo Universitetinin tədqiqatçısı Simon Hales tədqiqatın birbaşa xəsarət və ölümlərlə məhdudlaşmadığını, fırtınalardan sonra yaranan dolayı sağlamlıq problemlərini də vurğuladığını vurğulayıb. Halesə görə, bu vəziyyət ilk növbədə aşağıdakı kimi amillərdən qaynaqlanır: İnfrastrukturun zədələnməsi, səhiyyə xidmətlərinə çıxışın çətinləşməsi və dolanışıq vasitələrinin pozulması.
Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Mənbə: CNN türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
