Bu gün:

Skoliozun əlamətləri və müalicə üsulları hansılardır?


Beyin və Sinir Cərrahiyyəsi Mütəxəssisi  Dr. Öndər Taşkın bildirib ki, skoliozun həyat keyfiyyətinə mənfi təsir göstərə biləcəyini unutmaq olmaz. Bunun qarşısını almaq üçün nizamlı məşq, sağlam qidalanma, duruşa diqqət və bel ağrısı və ya asimmetriya kimi əlamətlər görünəndə həkimə müraciət edilməlidir.

Skoliozun cəmiyyətdə çox rast gəlinən bir xəstəlik olduğunu vurğulayan Dr. Önder Taşkın,-“Skolioz xəstələrinin psixoloji dəstək alması, ictimai fəaliyyətlərdə iştirak etməsi və özünü ifadə etməsi vacibdir”,- deyə skolioz haqqında məlumat verib.

Müxtəlif müalicə üsulları tətbiq edilə bilər

Skoliozun onurğanın yanlara əyilməsi ilə  yaranan xəstəlik olduğunu ifadə edən  mütəxəsis qeyd edir ki,-“Onurğa normal olaraq düz bir xətt üzərində dayandığı halda, skoliozda onurğa S hərfinə bənzər bir forma alır.  Bu, onurğanın sümükləri arasındakı disklərin pisləşməsi, əzələlərin zəifləməsi və ya sinir sisteminin zədələnməsi nəticəsində baş verə bilər. Simptomlar arasında bel ağrısı, yorğunluq, nəfəs darlığı, çiyin və ya omba səviyyəsində asimmetriya və donqar daxildir.  Skoliozun müalicəsi üçün erkən diaqnoz çox vacibdir.  Skoliozun dərəcəsinə görə müxtəlif müalicə üsulları tətbiq oluna bilər. Yüngül skolioz vəziyyətlərində fiziki müalicə, məşq və korsetdən istifadə kifayət ola bilər.  Orta və ya ağır skolioz hallarında cərrahi müdaxilə tələb oluna bilər. Cərrahi müdaxilədə onurğanın əyriliyini düzəltmək üçün metal çubuqlar və vintlər istifadə olunur.

Əlamatləri görüldükdə həkimlə danışılmalıdır 

Skoliozun səbəblərinin tam olaraq bilinmədiyini söyləyən Dr. Taşkın,-“Bəzi faktorların skolyoza səbəb ola biləcəyi düşünülür. Bunlara genetik meyl, anadangəlmə anomaliyalar, hormonal pozğunluqlar, artan yaşda sürətli inkişaf və travma daxildir",-deyir.  

Skolioz yüngül və şiddətli olaraq dəyişir

Körpələrdə və uşaqlarda skolioz, onurğanın anormal şəkildə əyilməsi və ya fırlanması halıdır. Skolioz yüngüldən şiddətə qədər dəyişə bilər. Yüngül skoliozlu insanların yalnız həkimləri tərəfindən müntəzəm olaraq müayinəyə ehtiyacı ola bilər. Skoliozun simptomları arasında çiyinlərin müxtəlif hündürlükləri, qabırğanın qabırğasının qabarıq çıxması və ya arxada nəzərəçarpacaq əyrilik ola bilər.

Mənbə: CNN türk

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et