"TRT Spor" xəbər verir ki, "Anderlecht" "Aston Villa"dan Yasin Özcanı icarəyə transfer etdiyini açıqlayıb.
Belçika klubunun yaydığı məlumatda 19 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalandığı bildirilib.
![]()
İmzadan sonra "Anderlecht"in idman direktoru Olivier Renard belə deyib: “Yasin Özcan sol ayaqlı mərkəz müdafiəçisidir və eyni zamanda, sol cinahda da çıxış edə bilir. Axtardığımız profilə tam uyğun gəlir".
Mənbə:TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
