Başiskele-də yerli mədəniyyətlər festivalda bir araya gəlib
2-08-2025, 21:44
Başiskele Bələdiyyəsinin bu il 3-cü dəfə təşkil etdiyi Yerli Mədəniyyətlər Festivalı, müxtəlif bölgələrin mədəni zənginliklərini Başiskele sahilində bir araya gətirib.
Bələdiyyənin koordinasiyası və şəhərdəki hemşehri (həmşəhərli) dərnəklərinin töhfəsi ilə keçirilən festival 3 gün davam edəcək və ziyarətçiləri qəbul edəcək. Dünən axşam stendlərin açılması ilə başlayan tədbirə vətəndaşlar böyük maraq göstəriblər.
Başiskele sahilində qurulan festival ərazisindəki stendlərdə həmşəhərli dərnəklər öz bölgələrinə məxsus dadları, geyimləri və mədəni məhsulları tanıtmaq imkanı əldə ediblər. Festivala Başiskele Ərzurumlular Sosial Yardımlaşma və Dəyanət Dərnəyi, Başiskele Ordulular Dərnəyi, Başiskele Korganlılar Sosial Yardımlaşma və Dəyanət Dərnəyi, Kocaeli Rizelilər Dərnəyi, Turnalı kəndliləri Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi, Kocaeli Şanlıurfalılar Dərnəyi, Gümüşhane Pirahmet kəndi Dərnəyi, Kocaeli Gümüşhane Kabaköylülər Mədəniyyət və Yardımlaşma Dərnəyi, Başiskele Vanlılar Dərnəyi, Başiskele Artvinlilər Mədəniyyət və Dəyanət Dərnəyi və Başiskele Balkan Qərbi Trakya Türkləri Mədəniyyət, Yardımlaşma və Dəyanət Dərnəyi qatılıb.
Ziyarətçilər stendlərdə təqdim olunan yerli yeməkləri dadmaqla yanaşı, sərgilənən əl işi məhsulları və mədəni əşyaları da incələmək fürsəti əldə ediblər.
Festival çərçivəsində yerli sənətçilər də səhnəyə çıxırlar. Tədbirin ilk günündə Mustafa İşitmezoğlu Anadolu türkülərini səsləndirib. Festivalın ikinci günündə Kenan Serhat İnce Balkan türküləri, bağlanış günündə isə Mesut Çakır və Şenol Küçük Qara dəniz türküləri ilə tamaşaçıların qarşısında çıxış edəcəklər.
Mənbə: Haber Global
Tərcümə etdi: Nigar Xəlilli