Cənubi Koreyada hakim Demokrat Partiyanın (DP) yeni sədri Çonq Çunq-re seçilib.

Yonhap agentliyinin məlumatına əsasən, partiyanın rəhbəri artıq müəyyənləşib.
Dörd çağırış deputat olmuş, 60 yaşlı Çonq iqtidarda olan DP-nin sədri postuna gətirilib.
Milli partiya qurultayında o, səslərin 61,74 faizini toplayaraq qələbə qazanıb. Rəqibi Park Çan-de isə 38,26 faiz səs yığıb.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
