ABŞ Prezidenti Donald Tramp gözləniləndən zəif çıxan məşğulluq göstəricilərindən bir neçə saat sonra ölkənin ən vacib iqtisadi qurumlarından birinin rəhbərini işdən çıxarıb.
Tramp sosial şəbəkədə açıqlamasında Əmək Statistikaları Bürosunun (BLS) komissarı "Erika McEntarferi" işdən çıxardığını bildirib və onu məşğulluq rəqəmlərini "saxtalaşdırmaqda"— respublikaçıları və özünü pis göstərməkdə ittiham edib.
Ağ Evin bu görünməmiş addımı birmənalı qarşılanmayıb və Trampın rəsmi məlumatları siyasiləşdirərək ictimai etimadı zədələdiyi ilə bağlı tənqidlərə səbəb olub.
Senatda azlıq lideri Çak Şumer Trampı “pis rəhbər” adlandırıb və onun “zəif statistik məlumatlara görə günahı xəbər verəndə axtardığını” deyib.
Cümə günü Trampın dünyanın müxtəlif ölkələrindən idxala tətbiq etdiyi tarifləri artırmaq planına davam etməsi ABŞ fond bazarlarında narahatlıq yaradıb.
Bundan sonra BLS-in açıqladığı rəsmi göstəricilərə görə, ABŞ-də iyul ayında cəmi 73000 yeni iş yeri açılıb — bu isə gözlənilən 109000-dən xeyli azdır.
Qurum, həmçinin may və iyun aylarında məşğulluq artımı ilə bağlı əvvəlki rəqəmləri də aşağı salıb və əvvəlkindən 250000 az iş yerinin yaradıldığını bildirib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
