Bu gün:

Tramp məşğulluqla bağlı hesabatdan sonra iş yerləri üzrə məlumat rəhbərini işdən çıxarıb


Tramp-ın bu addımı keçən ay cəmi 73,000 iş yerinin əlavə edildiyini və may və iyun aylarında əvvəllər təxmin ediləndən 258,000 az iş yerinin yaradıldığını göstərən cümə günü iş yerləri hesabatından sonra gəlib.

ABŞ Prezidenti Donald Tramp iyulda işə qəbulun yavaşladığını və may və iyun aylarında əvvəllər bildiriləndən daha zəif olduğunu göstərən hesabatdan sonra aylıq iş məlumatlarına cavabdeh olan dövlət qurumunun rəhbərini cümə günü vəzifəsindən azad edib. Tramp sosial media platformasındakı paylaşımında Əmək Statistikaları Bürosunun rəqəmlərinin siyasi səbəblərlə manipulyasiya edildiyini iddia edərək, keçmiş prezident Co Bayden tərəfindən təyin edilən agentliyin direktoru Erika MakEntarferin işdən çıxarılmasının lazım olduğunu deyib. "Mən komandama bu Baydenin Siyasi Təyinatını DƏRHAL işdən çıxarmağa göstəriş verdim" deyib.  Tramp Truth Social-da. "O, daha bacarıqlı və ixtisaslı biri ilə əvəz olunacaq". ABŞ lideri daha sonra yazıb: "Mənim fikrimcə, bugünkü İş Nömrələri Respublikaçılara və məni də pis göstərmək üçün SAXTA edilib".


Mənbə: Euronews

Tərcümə etdi:Ayşən Səlimova

Paylaş
Şərh əlavə et