Bu gün:

Hansı meyvə nə vaxt yeyilməlidir?


Demək olar ki, yay mövsümü gəlib.  Mövsümün sevimli meyvələri də piştaxtalarda öz yerini tutub.  Bəs hansı meyvəni nə vaxt yemək lazımdır?  

Piştaxtalarda rəngarəng və iştahaaçan yay meyvələri öz yerini alıb. Çiyələkdən əriyə, yemişdən qarpıza kimi hər biri digərindən daha dadlı və faydalıdır. Dr. Fevzi Özgönül hansı meyvənin nə vaxt yeyiləcəyi ilə bağlı məlumat verib.

Gilas: Ölkəmizdə də çoxlu çeşidləri var. Ağrı kəsici və ödəmi aradan qaldıran xüsusiyyətlərə malikdir. Əgər çəki probleminiz varsa, günəş batmazdan əvvəl bir ovuc gilas yemək daha yaxşıdır.

Ərik: Bir çox bölgələrdə yetişdirilir. Meyvəsi də, çəyirdəyi də qiymətlidir. Acı çəyirdəkləri əczaçılıq sənayesində, şirin toxumları isə həm çərəz, həm də şirniyyat sənayesində istifadə olunur. Meyvə şirəsi, mürəbbə, marmelad, və ərik qurusu kimi istifadə olunur. Qəbizliyə çox xeyirlidir. Yenə səhər və günorta yeməklərində istifadə etməyi məsləhət görülür.

Şaftalı: Yayın ən şirin meyvələrindən biridir.  Meyvə şirəsi, mürəbbə, marmelad, dondurma və desert istehsalında istifadə olunur. Ərik kimi onun da çəyirdəyi yeyilməzdir. Tövsiyyəmiz odur ki, əgər çəki probleminiz varsa, bir müddət uzaq durmalısınız. Meyvə olaraq yemək  istəyirsinizsə, ən yaxşı istifadə vaxtı axşam yeməkdir.

Çiyələk, moruq, böyürtkən: Ən məşhur yay meyvələrindən biridir. Ancaq tərkibindəki yüksək şəkər səbəbiylə çəki probleminiz varsa, günorta və ya axşam hava qaralmadan və ya səhər yeməyi süfrəsində mürəbbə və bal yerinə istifadə edə biləcəyiniz meyvələrdir. 

Üzüm: Yayın əvəzolunmazları arasında ola bilər, amma bütün yay meyvələri kimi yüksək şəkər tərkibinə malik olduğundan gün batmadan və ya səhər yeməyi zamanı istifadə etmək daha məqsədə uyğundur.

Mənbə: Haberglobal

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et