Bu gün:

Bakıda avtomobil piyadanı vuraraq öldürüb


Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Qala qəsəbəsindən Zirə qəsəbəsi istiqamətində yolda baş verib

Məlumata görə, 1980-ci il təvəllüdlü Niyaməddin Həsənovun idarə etdiyi “Wolksvagen Tuareg” markalı avtomaşın ilə hərəkətdə olarkən, yoldan keçən piyada - 1968-ci il təvəllüdlü Xatirə Cabbarovanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-nin İŞ-də cinayət işi başlanaraq istintaq aparılır.

apa.az



Paylaş
Şərh əlavə et